BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
10582

“Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA Dünya Bankı Qrupuna daxildir) donoru olaraq ayırdığı vəsait qurumun bir sıra istiqamətdə layihələrinin reallaşması üçün əhəmiyyətli rol oynayır”.

Valyuta.az xəbər verir ki, bunu  Report.az-a müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) Azərbaycanın da donorlardan biri olan IDA-in prioritetlərini şərh edərkən deyib.

S.Mayklın sözlərinə görə, IDA Dünya Bankına üzv olan kasıb ölkələr üçün daim əhəmiyyət kəsb edib:

“Amma bu il COVID-19 səbəbindən IDA-in əhəmiyyəti daha da artıb. Dünya ölkələrinin əsas hissəsini yoxsul ölkələrin təşkil etməsini nəzərə alaraq biz “IDA-2019” adlandırdığımız bəzi əsas prioritetləri elan etmişik, hansı ki, onun da bir hissəsi az gəlirli ölkələrdir".

Həmin prioritetlərin bir neçəsini sadalayan Sara Maykl əlavə edib ki, Azərbaycan üçün ötən il həm münaqişənin həlli, həm də pandemiyanın təsirlərinin aradan qaldırılması səbəbindən çətin il olub:

"Yəni dünyada Suriya, Yəmən kimi münaqişədən əziyyət çəkən ölkələrə IDA-19 fondlarında xüsusi diqqət yetirilir. Çünki belə münaqişə olan ölkələrdə böyük böhranlar baş verir. Diqqət göstərdiyimiz digər sahə insanların xüsusilə də gənclərin yeni iş yerləri tapmasına dəstək olmaqdır.

IDA-19 bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da gender məsələləri səbəbindən iş tapmaq imkanı olmayan qadınların bu stresslərdən azad olmasını dəstəkləyir.

Həmçinin bildiyiniz kimi ötən il Azərbaycanda sərt iqlim nəticəsində müəyyən quraqlıq müşahidə edilmişdi. Məhz su çatışmazlığı kimi iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq bizim əsas prioritetlərdəndir".

Onun sözlərinə görə, nəhayət IDA-in diqqət mərkəzində olan məsələlərdən biri də səhiyyə sahəsidir ki, ötən il koronavirus pandemiyasının sağlamlığın sığortalanmasının əhəmiyyətini göstərdi:

"Azərbaycanın IDA-yə donor olması qürurverici haldır. Çünki Azərbaycanın ayırdığı vəsaitlərin əhəmiyyəti çox vacibdir və xüsusən də dünyanın ən yoxsul ölkələrinə təsir edir. Beləliklə bu maliyyə mənbəyi qürur mənbəyidir”.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırıb.

Dünya Bankının prezidenti David Malpass açıqlamasında bildirmişdi ki, 2020-ci ildə pandemiyadan əziyyət çəkən 60 yaxın yoxsul ölkəyə 12 mlrd ABŞ dolları civarında yardım ayırıb ki, bu yardımların bir hissəsi Azərbaycanın da donor olduğu IDA tərəfindən verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin