
Vüsal Qasımlıdan ümidverici PROQNOZ: Gələn il Azərbaycanda iqtisadi artım 3,9 faiz olacaq
“Bu il Dünya Bankı Azərbaycanda iqtisadi artımın 2,8 faiz, gələn il isə 3,9 faiz olacağını proqnozlaşdırır”.
Valyuta.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı AzərTac-a müsahibəsində deyib.
Beynəlxalq Valyuta Fondunun (IMF) “Qlobal İqtisadi Mənzərə” hesabatını şərh edən Vüsal Qasımlıq bildirib ki, hesabata əsasən Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır.
Eyni zamanda, IMF Azərbaycanda cari əməliyyatlar balansı üzrə proqnozların da pozitivə doğru yeniləndiyini söyləyən Mərkəz direktoru bildirib ki, cari əməliyyatlar balansının defisitinin ÜDM-ə nisbəti 2021 və 2022-ci illərdə müvafiq olaraq 3,6 və 4,4 faiz olaraq proqnozlaşdırıldığı halda, yeni hesabatda müvafiq defisit profisitlə əvəz olunmaqla 1,1 və 0,5 faiz ətrafında qiymətləndirilib.
V.Qasımlı, Azərbaycanın inkişaf etməkdə olan ölkələrin arasında iqtisadiyyatın inklüzivliyinə görə ilk üçlükdə olduğunu da diqqətə çatdırıb:
“2030-cu ilə qədər Azərbaycan əhalisinin BMT hesabatına əsasən, 600 min nəfər artmasını da nəzərə alaraq inklüzivliyin saxlanılması hədəflənir. Dördüncüsü, iqtisadi artım “baha başa gəlməli” deyil”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay