Şamaxı Rəsədxanasına yeni direktor seçildi - FOTO
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru vəzifəsinə seçkilər keçirilib.
AMEA-dan Valyuta.Az-a verilən məlumata görə, öncə FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Namiq Cəlilovun namizədliyi irəli sürülüb.
Akademik Cavad Abdinov qeyd edib ki, AMEA-nın müxbir üzvü Namiq Cəlilov kosmik plazma fizikası sahəsində tanınmış alimdir və Rusiya, Kanada və İspaniya alimləri ilə birlikdə neytrin fizikası sahəsində mühüm işlərin, həmçinin 140 elmi əsərin (xaricdə 120), beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) 95-dən çox əsərin müəllifidir. Namiq Cəlilov 2015-ci ildən AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktorudur. Alim “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” və Rusiya Elmlər Akademiyasının “İZMİRAN-75 ” yubiley medalları ilə təltif olunub.
Onlayn iclasda akademik AMEA-nın müxbir üzvü Namiq Cəlilovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.
Onlayn iclasda keçirilən açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Namiq Cəlilov AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay