Nəqliyyat
05.04.2021 / 11:02
TURKUAZ layihəsi çərçivəsində ilk konteyner yola düşüb
10265
TURKUAZ layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Türkiyədən yola düşüb.
Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteyner" MMC-dən Valyuta.az-a verilən məlumata görə, qatar hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdir. Paysan stansiyasından yola çıxan qatarın yükü isə bitki mənşəli heyvan yemidir.
TURKUAZ "ADY Konteyner" MMC-nin Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsuldur. Ekspres konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul və Mersin şəhərlərindən Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.
Layihə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcminin artmasına da xidmət edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay