"OPEC+" neft bazarı ilə bağlı tövsiyə hazırlayacaq – Rusiyalı nazir
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu gün 2021-ci ilin may ayından etibarən neft bazarında atılacaq addımlara dair tövsiyə hazırlayacaq.
Valyuta.az-ın "APA-Economics"-ə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, "OPEC+" artıq neft ehtiyatlarını beşillik orta səviyyəyə endirmək hədəfinə çatıb. Hazırda bazarda gündəlik 2 mln. ton həcmində defisit yaranır.
A. Novak onu da əlavə edib ki, bu il qlobal iqtisadiyyatın 5% artması neftə olan tələbatın 5,5 mln. barel artmasına gətirib çıxaracaq.
Öncə bildirilirdi ki, "OPEC+" ölkələri müzakirələrdə may ayı üçün neft hasilatı kvotalarının qorunması variantını, lakin iyun ayında tədricən artırılmasını düşünürlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay