BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
10065

2 gün öncə "Azərbaycan Hava Yolları” ( AZAL) Qapalı Səhmdar Cəmiyyəti İnvestisiya Holdinqinin idarəetməsinə verilib. AZAL-ın işlərinə nəzarət etmək üçün Müşahidə Şurası yaradılıb.

Öncə qeyd edim ki,  bu günə qədər İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş bütün təşkilatlardakı  Müşahidə Şuralarının işi suallar yaradır.  Məsələn, AZAL prezidenti və onun müavinləri yerlərində qalıb yenə qərarlar verəcəklərsə, Müşahidə Şurası nə işlə məşğul olacaq? Məsuliyyəti kim daşıyacaq?! Müşahidə Şuraları özü qərar verib, özü də yerinə yetirməsinə nəzarət edəcəksə, AZAL rəhbərliyinin səlahiyyətində hansı məsələlər qalacaq? Paralel idarəçilik yeni problemlər yaratmayacaqmı? Onsuz da məmur süründürməçiliyindən, bürokratiyadan xeyli əziyyət çəkirik.

Qayıdaq göylərlə uçan şirkətimizin xəyallarımızın qol-qanadını qıran qiymət siyasətinə. Artıq uzun müddətdir əhali AZAL-daki fantastik qiymətlərdən şikayətçidir.

Turizm üzrə ekspert Rəna Həsənova Valyuta.Az-a bildirib ki,  Azərbaycandan İtaliya şəhərlərinə gedib qayıtmaq istəyən vətəndaşın bilet xərci 1200-1400 avroya başa  gəlir.

“Hansı ki həmin dövrdə Gürcüstandan səfər edənlər 58 avroya biletlərini ala bilərlər. Azərbaycanda  vəziyyət belə deyil. Çünki paketə hərəkətin təmin edilməsi xərcləri birbaşa daxil olur. Burda da AZAL elə vəziyyət  yaradıb ki, dünya ilə müqayisə olunan vəziyyət deyil. Reyslərin sayının məhdud olması da səyahət etmək istəyənlərə baha qiymətə bilet almaqdan başqa seçim yolu qoymur. Məsələn, Moskva istiqamətində 18:51 və 18:53 reysləri var. 18:51 reysində sırf Azərbaycan  vətəndaşları gedə bilər və bununla 18:53 reysi arasında 200 manat qiymət fərqi var. Tələbatın böyük olması səbəbi ilə may ayının ortasına qədər nə qədər ucuz bilet varsa hamısı satılıb. 1000 manatdan ucuz bilet  tapmaq mümkün deyil. AZAL reyslərin sayını artırmadıqca, bu problem qalacaq. Dövlətin bütün imkanlarla qaldırmaq istədiyi turizm sektorunun belini məhz təyyarə biletlərinin yüksək qiymətləri qırır. Turits Azərbaycana ala biləcəyi  biletin qiymətinə başqa ölkədə bütün istirahətinin xərclərini ödəyə biləcəyini görüncə, niyə Azərbaycana gəlsin ki? AZAL-ın bu anlaşılmaz siyasəti nəticəsində qonşu ölkələrimiz və turist qazanır, biz bir neçə illik müştərilərimizi itiririk, AZAL rəhbərliyi isə külli miqdarda qazanc əldə edir.

Rəqabət nisbətində Gürcüstan bazarı bizdən çox üstündür. Məhz AZAL-ın siyasətinə görə, Gürcüstandakı qiymətlər bizdən 5 dəfə ucuzdur”,- deyə ekspert gileylənir.

Hökumət səviyyəsində bir neçə dəfə müzakirələr aparılsa da,  təyyarə biletlərimizin qiymətləri azalmaq əvəzinə qalxmaqda davam edib.  Ümid edilir ki, Müşahidə Şurasının yeni tərkibi AZAL-ın işində, idarəçilik sistemində  yeniliklər edə biləcək. Mütəxəssislər hesab edirlər ki, AZAL-a tərəfdaş yox, rəqib lazımdır.

AZAL-da qiymətlərin bu qədər baha olmasının səbəblərindən biri də şirkətin aerodroma sahib olmasındadır.  Yəni AZAL-a məxsus hava limanından istifadə edən digər yerli uçuş şirkətləri də onun qiymət  sisteminə ayaq uydurmağa sadəcə məcbur qalırlar. Çünki aerodromdan istifadə haqqını AZAL yüksək qiymətlərlə təyin edib. AZAL-ın bu mənada hegemonluğuna son qoymağın tək yolu onu parçalamaq, hava limanı ilə AZAL-ı bir-birindən ayırmaqdır.

İlhamə
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin