BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
41329

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın milli valyutası ilə ikinci gender istiqrazlarının buraxılması çərçivəsində 19,5 milyon manat (təxminən 11,5 milyon ABŞ dolları) cəlb edib.

İstiqrazların buraxılmasının əsas məqsədi qadınların kreditə çıxış imkanlarını artırmaq və kənd təsərrüfatı sektorunun inkişafına dəstək verməkdir.

İstiqraz Azərbaycan manatında olsa da, hesablaşma ABŞ dolları ilə aparılır və bu, beynəlxalq investorların cəlb edilməsini asanlaşdırır. İstiqrazların tədavül müddəti 3 ildir, kupon ödənişi yarımildə 1 dəfə olmaqla illik 6,25 % ödəniləcək.

İstiqrazların kotirovkası Lüksemburq Fond Birjasında aparılır. Qiymətli kağızların emissiyası “Merrill Lynch International” tərəfindən təşkil olunub və istiqrazlar bir avropalı investor tərəfindən alınıb.

“İnvestorların milli valyutada olan istiqrazlara beynəlxalq səviyyədə tələbatı biz borclanma proqramımızın valyuta strukturunu genişləndirməyə çalışarkən ADB-nin maliyyə resurslarının inkişaf etməkdə olan üzv ölkələrimizdə milli valyuta əməliyyatları üçün səfərbər edilməsində əsas rol oynayır”, - ADB-nin xəzinədar köməkçisi Mariya Lomotan bildirib.

Bu, ADB-nin Azərbaycan manatı ilə buraxdığı sayca üçüncü istiqrazdır. 2023-cü ildə bank iki istiqraz emissiyası vasitəsilə 8,4 milyon manat (4,9 milyon ABŞ dolları) və 14,5 milyon manat (8,5 milyon ABŞ dolları) cəlb edib.

2023-cü ildə ADB manat (Azərbaycan), yuan (Çin), lari (Gürcüstan), təngə (Qazaxıstan) və tuqrik (Monqolustan) kimi milli valyutalarda 12 istiqraz buraxıb.

ADB 1966-cı ildə yaradılıb və onun 49-u regiondan olmaqla, 68 üzvü var. Azərbaycan 1999-cu ildən bu bankın üzvüdür.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elektrikli avtomobil sənayesində yeni bir ilkə imza atılıb

Trampdan sensasion dəyişim - Artıq kripto valyutalara güvəndiyini açıqladı

Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO

Çin qaz idxalını 21 %-ə yaxın artırıb

“Azersky-2” üçün 1,6 milyon manat ayrıldı

Bu rayona yeni rəis müavini təyin edildi

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin