BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
39913

2023-cü ili Azərbaycanın qiymətli kağızlar sektoru üçün mühüm il saymaq olar.

İl ərzində “Bakı Fond Birjası” QSC-nin (BFB) və Milli Depozit Mərkəzinin (MDM) rəhbərliyi dəyişdirildi. Hər iki qurumun həm İdarə Heyəti, həm də Müşahidə Şurası yenidən formalaşdırıldı.

Bundan başqa, ötən il BFB-nin və MDM-in sistemləri yeniləndi. Maliyyə texnologiyaları sahəsində qabaqcıl korporasiyalardan biri - “Montran” şirkəti ilə birlikdə yaradılmış Qiymətli Kağızlar üzrə Ticarət Sistemi (BETP) və Mərkəzi Depozitar Platforması (CEDAR) istifadəyə verildi.

Hesabat dövründə Azərbaycan Mərkəzi Bankı (AMB) heç bir investisiya şirkətinə lisenziya vermədi, yeni yaradılmış “Novocapital İnvestisiya Şirkəti” QSC-nin lisenziya alması isə 2024-cü ilə qaldı. Bundan başqa, AMB-nin investisiya fondlarının idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-yə verdiyi lisenziyanın müddəti başa çatdı. Bununla da, ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşdü. Hazırda bu sahə üzrə yalnız "AzFinance Asset Management" MMC lisenziyaya malikdir. Həmçinin, il ərzində “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisinin dəyişməsi (“Bank BTB” ASC-nin onu satması) ilə əlaqədar adını “Assist Finance İnvestisiya Şirkəti”nə dəyişdi.

2023-cü il Azərbaycanda səhm və istiqraz emissiyalarının reallaşdırılması baxımından aktiv il oldu. Həm maliyyə, həm də qeyri-maliyyə təşkilatları kapital bazarı vasitəsilə nizamnamə kapitallarını artırdı, həm də borc aldı. Bu baxımdan Asiya İnkişaf Bankının ötən il ərzində iki dəfə (8,4 milyon manata və 14,5 milyon manata) milli valyutada istiqraz buraxması, eləcə də dövlətə məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 100 milyon ABŞ dolları məbləğində istiqraz yerləşdirməsi xüsusi qeyd olunmalıdır. Bununla da, Azərbaycanda istiqraz buraxmış dövlət şirkətlərinin sayı Dövlət Neft Şirkəti (SOCAR) və “AzerGold” QSC ilə birlikdə 3-ə çatdı. Bu arada, AMB dövlət istiqrazları üzrə qiymətləndirilən gəlirlilik əyrisi açıqlamağa başladı.

Valyuta.az xəbər verir ki, ötən ilin yekunlarını "Report"a ölkədə fəaliyyət göstərən investisiya şirkətlərindən birinin direktor müavini, Vəkillər Kollegiyasının üzvü Pərvanə Qasımova şərh edib: "2023-cü ili kapital bazarı iştirakçıları üçün infrastrukturun təkmilləşdirilməsi ili saymaq olar. Ötən il bazarda qeyri-adi sıçrayışıar qeydə alınmayıb. Əməliyyatların böyük hissəsi dövlət qiymətli kağızları ilə aparılıb. Hesab edirəm ki, bu il bazar inkişafa daha meylli olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda hansı dövrdə mənzil qiymətləri daha çox bahalaşır? (AÇIQLAMA)

Buzovna sakinləri zibil konteynerlərindən bezib (VİDEO)

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Kirayəçi pulu vaxtında ödəməsə, evdən çıxarıla bilər?

Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət açıqlandı

Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

İş stressi ilə necə mübarizə aparaq?

Elektrikli avtomobil sənayesində yeni bir ilkə imza atılıb

Trampdan sensasion dəyişim - Artıq kripto valyutalara güvəndiyini açıqladı

Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO

Çin qaz idxalını 21 %-ə yaxın artırıb

“Azersky-2” üçün 1,6 milyon manat ayrıldı

Bu rayona yeni rəis müavini təyin edildi

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin