BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
39158

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) dəyəri 50 mln. ABŞ dolları olan yeni istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaiti beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldəcək.

Valyuta.az xəbər verir ki, bu barədə ASCO tərəfindən yeni istiqrazların yerləşdirilməsi ilə bağlı APA-nın sorğusuna cavab olaraq QSC-dən bildirilib.

“Artıq 50 mln. dollar dəyərində növbəti ASCO istiqrazlarına abunə yazılışı başlayıb. Ümid edirik ki, ilk istiqrazlarda olduğu kimi, bu dəfə də böyük tələbat olacaq. Ümumilikdə, bu istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait ASCO-nun Xəzərdən kənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə 13 dekabr 2023-cü ildə premium bazar seqmentində listinqə daxil edilmiş ASCO-nun ümumi dəyəri 50 mln. ABŞ dolları olan yeni istiqrazlarına abunə yazılışı 18 dekabr 2023-cü il tarixindən başlayıb. Abunə yazılışı prosesi 18 fevral 2024-cü ilədək davam edəcək. Sənədsiz adlı 50 min ədəd istiqrazın illik gəlirliliyi 6%, tədavül müddəti 5 il, kupon ödənişi yarımildə bir dəfə müəyyən edilib. Bir istiqrazın nominal dəyəri 1 000 manat təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

ASCO-dan bildirilib ki, bundan öncəki istiqraz yerləşdirilməsindən (100 mln. dollar dəyərində) əldə olunan vəsaitlər də yeni gəmilərin alınmasına və qurumun fəaliyyətinin genişləndirilməsinə istifadə olunub.

“Belə ki, Azərbaycan dənizçiliyinin tarixində istismar edilən, eləcə də hazırda milli donanmamızda mövcud ən böyük gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli üç tanker (“Şuşa”, “Qarabağ”, “Zəngəzur”) istismara verildi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi ilə bu tankerlərin alınması nəticəsində 2023-cü ildə ASCO və ümumilikdə Azərbaycanın gəmiçilik sahəsi yeni dövrə qədəm qoydu”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl - 29 dekabr 2022-ci ildə “Bakı Fond Birjası” QSC-nin Listinq Komitəsinin qərarı ilə premium bazar seqmentində listinqə daxil edilmiş ümumi dəyəri 100 mln. dollar olan ASCO-nun ilk istiqrazları tədavülə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin