BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
7848

18 yaşlarında iki gəncin çox kiçik vəsaitlə uğurlu biznes qurması faktı Azərbaycanda nadir rast gəlinən hadisələrdəndir. Gəncə şəhərindən Bakıya təhsil almağa gələn Sabir Əhmədov və Ülvi Bayramov buna bariz nümunədirlər. Onlar tələbliyin ilk günlərindən əlavə glir əldə etmək üçün fəhlə və kuryer kimi müxtəlif işlərdə çalışmaqla başlasalar da, sonunda kiçik bir yatırımla öz bizneslərini qura və inkişaf etdirə bildilər. Söhbət 2016-cı il oktyabrın 9-da əsası qoyulan, bir neçə ildə artıq kifayət qədər populyarlaşan "XəngəLand" brendindən və restoran şəbəkəsindən gedir.  Valyuta.Az-ın əməkdaşı şəriklərdən biri - 23 yaşlı Sabir Əhmədovla görüşərək, onunla biznesi haqqında söhbətləşib.

- Əvvəlcə oxucularımıza özünüz haqqında məlumat verərdiniz.

- Əhmədov Sabir Faiq oğlu. 1998-ci ildə Gəncə şəhərində doğulmuşam. Orta məktəbi Gəncədə bitirdikdən sonra, Bakı şəhərində Azərbaycan Biznes universitetinə daxil oldum. 

- Gənc olmağınıza baxmayaraq, öz hesabınıza ictimai iaşə obyekti açdınız. Bu uğura gedən yol necə olub, hansı çətinlikləri adladınız?

- Təbii ki, biz bu yerə birdən-birə gəlməmişik. İlk öncə xırda işlər,  avtobusda sürücü köməkçisi, fəhlə, kuryer  kimi, işləməyə başladım. Universitetin ikinci kursunda oxuyarkən gəlir əldə etmək üçün şəxsi biznesimizi yaratmaq qərarına gəldik. İlk ağlımıza gələn ideya isə xəngəl restoranı açmaq oldu.

- Niyə məhz xəngəl restoranı?

- Həm dostum, həm də şərikim Ülvi Bayramovla yaşadığımız Səbail rayonunda hazırda daha çox nəyə tələbat var və  hansı restoranı açsaq daha yaxşı olar deyə kiçik kiçik bir araşdırma apardıq. Gördük ki, bizim ərazidə xəngəl restoranı yoxdur. İdeya olaraq isə əsas məqsəd ailəvi xəngəl restoranı açmaq idi. Bakıda ilk ailəvi xəngəl restoranını biz açdıq. Çünki Bakı şəhərində fəaliyyət göstərən  bir çox xəngəl restoranlarında əsasən kişilər üstünlük təşkil edirdi. Yəni ailə ilə rahat xəngəl yeyə bilinəcək restoran yox idi. 

“XəngəLand”i çox kiçik vəsaitlə açdıq. Daha doğrusu, universitetdə illik təhsil haqqı üçün nəzərdə tutulan min manatla. Universiteteə dekabr ayında ödəməli idim. Evdə atama kiçik bir "yalan danışaraq"  universitetin büdcəsində pul olmadığını və bu təhsil haqqını daha tez ödəməli olduğumu dedim. Həmin vəsaiti aldım, sonra şərikim və uşaqlıq dostum Ülvi ilə yaxın dost və  tanışlardan da bir az borc alaraq ümumilikdə 1650 manatla Səbail rayonu Zərgər Palan küçəsində bir restoranı icarəyə götürüb, "XəngəLand" adlı restoran biznesini qurduq. Əslində bu məbləğlə obyekt açmaq böyük risk idi. Biz bu məbləği batıra da bilərdik. Böyük risk edirdik. 

Təsəvvür edin, evdəkilərə belə məlumat vermədən 18-19 yaşlı gənclər restoran açmaq qərarına gəlir. Düşünürəm bunu bacara bildik. Onu da bildirim ki, biz məkanı açanda artıq əlimizdəki məbləğ bitmişdi. Restorana reklam tablosu sifariş vermək lazım idi. Üstümüzdə isə cəmi 70 manat pul var idi. Amma bacardıq. Cəmi 5 masa ilə xidmət göstərməyə başladıq. Amma zaman keçdikcə tələbat artdı və işimizi böyüdə bildik. Belə ki, tələbatın çoxluğunu nəzərə alaraq, daha böyük məkana daşındıq və "İçəri Şəhər" metrosuna yaxın, Mehdi Hüseyn küçəsində yerləşən indiki "XəngəLand" restoranını açdıq. Bu restoran da uğurlu oldu və gəlir gətirməyə başladı. Restoranın sosial şəbəkələrdə piarı məkanın daha da populyarlıq qazanmasına gətirib çıxardı.Tanınmış simalar da bizim məkanı öz səhifələrində paylaşmaqla, daha da çox tanınmağımıza səbəb oldular.

Ötən ilin sentyabr ayında isə Nizami rayonunda restoranımızın filialını açdıq. Bununla da artıq biz rəsmən restoran şəbəkəsinə çevrilmiş olduq.

- Sizcə uğur qazanmağınızın hansısa xüsusi bir sirri varmı? 

-  Biznes riskləri sevir. Amma risk edərkən hərtərəfli düşünmək lazımdır! Düşünürəm ki, uğur qazanmağın əsas səbəbi məsuliyyətli, düşünülmüş atılan addımdır.  Görəcəyin işin ziyanınını qəbul etmək, nə qədər qazanacağını bilmək, mədaxil, məxaric xərclərini hesablamaq önəmli faktordur. Həmçinin, itirmək riski minimuma bərabər olmalıdır. Biz fərqli olmağı sevirik. 

-  Azərbaycanda adətən şərikli bizneslər ya tez dağılır, ya da uğursuz olur. Siz necə yola gedə bilirsiz?

- Ülvi ilə orta məktəbdən uşaqlıq dostuyuq.  Biz həm yaxşı dost, həm də yaxşı şərikik. Bir-birimizi tamamlayırıq, məsləhətləşib addım atırıq. Gələcəkdə isə digər biznes sahələrində də özümüzü sınamq planlarımız var. 

Söhbətləşdi: Ülviyyə Mirzəyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən "kupça" veriləcək

Azərbaycanda hansı dövrdə mənzil qiymətləri daha çox bahalaşır? (AÇIQLAMA)

Buzovna sakinləri zibil konteynerlərindən bezib (VİDEO)

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Kirayəçi pulu vaxtında ödəməsə, evdən çıxarıla bilər?

Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət açıqlandı

Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

İş stressi ilə necə mübarizə aparaq?

Elektrikli avtomobil sənayesində yeni bir ilkə imza atılıb

Trampdan sensasion dəyişim - Artıq kripto valyutalara güvəndiyini açıqladı

Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO

Çin qaz idxalını 21 %-ə yaxın artırıb

“Azersky-2” üçün 1,6 milyon manat ayrıldı

Bu rayona yeni rəis müavini təyin edildi

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin