BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8199
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1327
46441

Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100 faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə yüz faizlik cavabdeh sahibkardır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Azərbaycanda təəssüf doğuran məsələ ondan ibarətdir ki, istehlakçıların bu məsələyə yanaşması bir qədər fərqlidir: "Ölkədə hazırda 50 mindən çox ticarət şəbəkəsi var. Amma ticarət şəbəkələrində satılan vaxtı keçmiş ərzaq məhsullarına görə ittiham qida təhlükəsizliyi orqanının üzərinə düşür. Dünyada isə qida təhlükəsizliyinə nəzarət sistemi belədir ki, cavabdeh sahibkardır, ictimai nəzarət istehlakçıdadır. Qida təhlükəsizliyi orqanı isə tənzimləyicidir. Bu orqan sahibkarla istehlakçı arasında münasibətləri tənzimləyir. Hazırda qida təhlükəsizliyi sahəsində bir sıra çatışmazlıqlar var. Bunun biri ondan ibarətdir ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir. Qanunvericilikdə olan maneə bizə imkan vermir ki, plandankənar yoxlama həyata keçirək. Dünyada qida təhlükəsizliyi sahəsində nəzarət sistemi öncədən xəbər vermədən aparılır. Bizdə isə hazırda qanunvericilik buna imkan vermədiyi üçün 1 il əvvəldən yoxlanılacaq müəssisələr haqqında məlumat veririk. Həmin müəssisələrə öncədən xəbərdarlıq edirik ki, konkret bu müddətdən sonra sizi yoxlamağa gələcəyik. Sahibkar maksimum çalışır ki, həmin dövrə hazırlığını həyata keçirsin. Ondan sonra isə hansısa pozuntuları həyata keçirə bilirsə, yenidən davam etdirsin".

AQTA sədri bildirib ki, Azərbaycanda istehlakçıların ictimai nəzarəti aşağı səviyyədədir: "Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir. Azərbaycanda 2023-cü ildə baş verən 143 zəhərlənmənin 104-ü məişətdə baş verib. Bu, ondan xəbər verir ki, ilkin istehsal zamanı qablaşdırmadan, saxlanmadan, satışdan daha çox biz özümüz onu istehlak edərkən, ev şəraitində həmin qidanı təhlükəli edirik. Qidanın təhlükəliliyi yalnız onun istehsalı, daşınması, qablaşdırılması prosedurunda deyil, eyni zamanda onun istehlakı prosedurundadır. Azərbaycanda son zamanlar dönərxanalarda baş verən zəhərlənmələrlə əlaqədar mətbuatda da məlumat yayıldı. Qəribə də olsa, Azərbaycan satıcısı hələ də elementar gigiyenik qaydalara əməl edib əllərini lazımi şəkildə yuya bilmir. Məsələn, qəssab mətbəxdə iş görən zaman bıçaqla əlini zədələyir və orada irinli yara əmələ gəlir. Həmin irinli yaranı da asanlıqla dönərə və yaxud lüləyə keçirir. Beləliklə 30-40 adamda mədə-bağırsaq pozğunluqları ilə bağlı hal ortaya çıxır. İnsanlarda belə bir təəssürat yaranır ki, bu, həmin qidanın özündə baş verən pozuntu ilə bağlıdır. Əslində isə qidanın özü ilə düzgün davranış qaydalarına riayət etməyi öyrənməliyik. Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu, belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir".

Q.Təhməzli onu da qeyd edib ki, qanunvericiliyə görə hazırda Azərbaycanda istehsal olunan məhsulların daxilində at ətindən istifadə olunmur: "Kəsim yerlərindəki at ətləri Qazaxıstana ixrac olunur. Azərbaycanda at sahəsində xəstəliklər aradan qaldırıldığı üçün diri atın ixracına icazə verilir. Qazaxıstan, Qırğızıstan və Monqolustan kimi ölkələr Azərbaycandan ixrac həyata keçirirlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BMW Çindəki zavoda milyardlarla sərmayə qoyacaq

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? (AÇIQLAMA)

Vikipediya hələ də RKN-nin tələbi ilə 187 “qanunsuz” materialı silməyib

“Karvan” Ticarət Mərkəzindən maddi ziyan tələbi

Çinə məxsus eksklüziv "Galaxy C55" digər ölkələr üçün buraxılacaq

“Texnikabank”la “AAAF-İnşaat” arasında kredit qalmaqalı

L'Occitane səhmlərini geri alacaq və özəl şirkət olacaq

"QIZIL ULDUZ 2001"a protokol tərtib edildi

Ukrayna Rusiyadan qaz tranzitindən imtina edəcək: Avropa donacaq?

“Sədərək” Firmasına qarşı ittiham – Hansı qaydaları pozub?

Philips-in qüsura görə ödəyəcəyi nəhəng məbləğ açıqlandı

"İstanbul NS Klinikasi" məhkəməyə verilib

G7: "Rusiyanın enerji gəlirlərinin azalması Ukraynaya uğurlu dəstəyin açarıdır"

"Şamaxı Rayon Yaşıllaşdırma Müəssisəsi" məhkəmə qarşısında

Turində G7 toplantısında Rusiya maye qazından imtina müzakirə olunacaq

Sosial Dəstək Mərkəzində yoxlama aparılacaq

Fransada inflyasiya gözləniləndən yüksək olub

Azərbaycanlı milyarder əfv edildi

Dövlət qurumundan “Azpetrol”a 70 min manatlıq sifariş

Ukraynada elektrik enerjisi istehsalı qıtlığı nə vaxta qədər hiss olunacaq?

Karqo şirkətlərindən narazı müştərilər üçün yenilik – Bu sistem keyfiyyətə necə təsir edəcək?

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb

Onlar imtahanda maksimum bal topladı (FOTO)

Onlar imtahanda maksimum bal topladı (FOTO)

"Volkswagen"in mənfəəti kəskin şəkildə azalıb

"Çıraq İnşaat"a protokol tərtib edildi

ABŞ Rusiya uranının idxalına qadağa qoymağı nəzərdən keçirir - Bloomberg

Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzur - Deputat

Gələn ay Şuşaya 20 ailə köçürüləcək - Püşk atıldı

“Azərkosmos”un ixrac gəlirləri 700 min dollar azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin