BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
26407

Azərbaycan trans yağların istehlakına qarşı heç bir tədbir görülmədiyi ən “təhlükəli” doqquz ölkə sırasındadır. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Hesabata görə, trans yağların birbaşa səbəb olduğu ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı on altı ölkədən doqquzunda bu təhlükəyə nəzarət yoxdur. Onların arasında Azərbaycan, Avstraliya, Butan, Ekvador, Misir, İran, Nepal və Cənubi Koreya da var.

Məsələnin ciddiliyini və əhalinin narahatlığını nəzərə alaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etdik. Qurumdan həqiqətən Azərbaycanda belə bir durumun yaşanıb-yaşanmamasını dəqiqləşdirdik. Agentlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, ÜST-ün hesabatında 133 ölkə trans yağ turşularının aradan qaldırılması istiqamətində gördükləri tədbirlərin növünə görə 4 səviyyə üzrə qruplaşdırılıb:

"Azərbaycan Respublikası hesabatda trans yağ turşularının aradan qaldırılması üçün strateji sənədlərdə üzərinə götürdüyü öhdəliklərin və digər tamamlayıcı tədbirlərin icrası baxımından 2-ci səviyyədə qərarlaşıb. Sənəddə əksini tapan başqa bir indikator isə ürək damar xəstəliklərindən baş verən ölüm hadisələrində məhz trans yağ turşularının payı ilə bağlıdır.

Hesabatdakı göstərici ölkədə trans yağ turşularının istehlakı səbəbindən baş verən ölüm hadisələrinin ümumi sayını deyil, əksinə ürək-damar xəstəlikləri ilə əlaqədar yaranan ölüm hadisələrinin neçə faizinin trans yağ turşuları səbəbindən baş verdiyini göstərir. Hesabatdan görünür ki, bu göstərici dünyanın sosial-iqtisadi baxımdan ən geridə qalmış hesab edilən bir çox ölkəsində daha aşağı, Amerika Birləşmiş Ştatları və Latviyada Azərbaycan üzrə göstəricidən daha yüksək, Kanadada isə demək olar ki, eyni səviyyədədir. Nəticə olaraq, bu, hər hansı formada ölkənin statusu ilə bağlı mənfi və yaxud müsbət fikrin yaranmasına əsas verməyən, sadəcə olaraq trans yağ turşuları ilə bağlı olan ölüm sayının ürək damar xəstəlikləri arasında payını faizlə ifadə edən bir göstəricidir.

Qeyd edək ki, bu təxmini hesablamalar müəyyən dövriliklə yayımlanır və xəstəliklərin qlobal yükü deyilən, dünyada səhiyyənin ümumi vəziyyətini təsvir və təxmin etməyə imkan verən məlumat bazaları əsasında hazırlanır. Sonuncu hesabat 2019-cu ildə yayımlanıb və bəhs edilən bütün göstəricilər həmin ilə aiddir. Elə həmin ildə AQTA ölkədə trans yağ turşularına dair vəziyyəti qiymətləndirmək üçün monitorinq həyata keçirib. Nəticələrə uyğun olaraq, sahibkarlıq subyektlərinə ölkəmizdə trans yağ turşularının miqdarının 2 faiz həddində müəyyənləşdiriləcəyi, həmçinin onların istehsal və ya idxal etdikləri məhsulların bu tələblərə uyğunlaşdırılması ilə bağlı xəbərdarlıq edilib. 2021-ci ildə isə yağlarda trans yağ turşularının tənzimlənməsi ilə bağlı texniki normativ hüquqi akt layihəsi ictimai müzakirəyə buraxılıb.

2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən “Qida məhsullarında trans yağ turşularına dair risk qiymətləndirilməsi” həyata keçirilib. Aparılan ilk monitorinqdən sonra vəziyyətin qiymətləndirilməsi ilə bağlı mütəmadi nəzarət tədbirlərinə əlavə olaraq, 20-23 dekabr 2022-ci il tarixlərində keçirilən son monitorinq çərçivəsində ölkəyə idxal edilən və yerli istehsal məhsullarından ümumilikdə 53 nümunə götürülüb və nümunələrin heç birində trans yağ turşularının miqdarı ilə bağlı uyğunsuzluq aşkar edilməyib.

Həmçinin yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarının tənzimlənməsi məqsədilə daha öncədən “Lisenziyalar və icazələr portalına” yerləşdirilmiş “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” adlı sənəd layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Eyni zamanda bununla bağlı yağ istehsalçıları və idxalçıları ilə görüş keçirilib. Sənədin yaxın vaxtlarda rəsmiləşdirilməsi nəzərdə tutulub. Rəsmiləşmədən sonra Azərbaycanın artıq 2-ci səviyyə üzrə tədbir görən ölkələr sırasından 3-cü səviyyəyə yüksəlməsi gözlənilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

İranda prezident seçkilərinin tarixi təsdiqlənib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb

Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA

62 ildən sonrakı söküntüdən - Video

62 ildən sonrakı söküntüdən - Video

Azəbaycanla bu ölkə arasında ixtisas diplomları qarşılıqlı tanınacaq

Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb

“Özbəkneftqaz” “Şahdəniz” layihəsinə daxil ola bilər

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Parlamentin növbəti iclası mayın 24-də keçiriləcək

Bu qurumun işçilərinə konpensasiya veriləcək

Azərbaycan beynəlxalq təşkilata 1,7 milyon manat üzvlük haqqı ödəyəcək

Bakı aeroportuna işləyən avtobusların intervalı azaldıldı

Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq

COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Xaricdən aldığımız buğdanın qiyməti ucuzlaşıb – Rəqəmlərdə azalma

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Gələn ay Bakı Enerji Forumu keçiriləcək

“Bakı Kristal Zalı”na yeni direktor təyin edildi

Xaricdən 40 min ton artıq gübrə almışıq – Qiyməti kəskin ucuzlaşıb

Mərkəzi Bankın yoxlaması ilə "PSG Finans"ın rəhbər şəxsi 50 min cərimələnib

Təyyarə pilotları niyə ayrı yeməklərlə qidalanırlar?

“Finca Azerbaijan” 20 min manat cərimələnib

İclasa gecikən işçi ilə rəhbərlik necə davranmalıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin