Metroda cərimələr niyə 13.3 dəfə artırıldı? - Açıqlama

Redaktor

21.01.2025 17:32
387

Metroda cərimələr niyə 13.3 dəfə artırıldı? - Açıqlama

Bakı metrosunda istifadə qaydalarını pozan şəxslər üçün cərimələrin məbləği artırılıb. İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir. Həmçinin, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.

Bəs bu qədər çox artımın səbəbləri nələrdir?

Məsələ ilə bağlı açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, metroda tətbiq olunan cərimələr infrastrukturun yenilənməsi və vaqonların təmiri ilə bağlı müxtəlif dəyişiklikləri nəzərə alaraq, məsuliyyətsiz davranışlara qarşı mübarizə məqsədi güdür:

“Bakı Metrosunda cərimələrin məbləği 5 manatdan başlayır, arta-arta gedir. Ancaq metroda infrastruktur dəyişir, yenilənir, yeni qatarlar, vaqonlar alınır, onlara baxılan qulluq tamamilə fərqlidir. Hansısa bir məsuliyyətsiz adam gəlib orada vaqona ziyan vurur, qatarın işinə əngəl törədir, siqaret çəkir və ya hansısa xoşagəlməz əməllərlə məşğul olur, milyonlarla dəyəri vaqonun oturacağını cırır, əridirlər. Belə insanlar çoxdur. Onlarla mübarizə aparmaq üçün cərimə mexanizmi tətbiq edilir".

Ekspert, bu cür halların qarşısını almaq üçün cərimələrin sərtləşdirilməsinin vacibliyini vurğulayıb:

“Düzdür, hələ ki, şəxsən özüm bu sahədə elə çox cərimələnməni görmürəm, amma inanın ki, bəzi situasiyalar var, orada cərimə mütləq olmalıdır. Yəni, bir adam ki metroda özünü apara bilmir, bunu cərimələməyib nə edəsən? Bu, metrodur, burada qapını tutub saxlamaq, sürahinin üstündə oturmaq olmaz. Nə bilim, qızlara özünü göstərənlər, şit-şit zarafatlar edənlər var, sərxoş halda, narkotik vasitəsinin təsiri altında metroya girib siqaret yandırır, başqalarını narahat edirlər. Beləsini cərimələməyəsən, nə edəsən?"

Ekspert həmçinin qeyd edib ki, qaydanı pozmayan insanlar üçün cərimələrinin artırılmasının heç bir əhəmiyyəti yoxdur:

“Qaydanı pozmayan adam üçün cərimə qorxulu bir şey deyil. Onlar üçün cərimənin nə qədər olmasının heç bir əhəmiyyəti yoxdur. Şəxsən mən bunu belə başa düşürəm, başqalarını da bu cür davranmağa çağırıram. Bəzən buna başqa məna verənlər də olur, "maaş aşağıdır, cərimələr qalxır” və s. Amma aşağı maaşı olan adam niyə gəlib metroda sürahiyə təpik atsın? Niyə o, ictimai yerdə özünü apara bilməsin? Adamı məcbur edən yoxdur ki, çıx metroda təpik at. Hər halda özü bu düşüncədədir, özü bunu istəyir və istədiyinə görə də gərək cəzasını çəksin".

Metroda cərimələr niyə 13.3 dəfə artırıldı? - Açıqlama

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...