BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
63486

Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-nin yeni "Dərnəgül" deposunun istifadəyə verilməsi planlaşdırılır.

Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Vüsal Aslanov bildirilib.

"Hazırda metronun "Qırmızı" və "Yaşıl" xətlərinə xidmət edən yalnız bir depo – "Nərimanov" deposu mövcuddur: Yeni depo istifadəyə verildikdən sonra "Yaşıl" xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri də "İçərişəhər" və "Xətai" stansiyalarında geri dönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar", - deyə o qeyd edib.

Bundan başqa, V.Aslanovun sözlərinə görə, əvvəlcədən də deyildiyi kimi, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında birləşən "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması nəzərdə tutulur.

"Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri xətlərin ayrılmasıdır. Dünya təcrübəsi göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir. İlkin planımıza əsasən, "Dərnəgül" stansiyasından gələn qatarlar "Xətai" stansiyasına qədər, "İçərişəhər" stansiyasından gələn qatarlar isə "Həzi Aslanov" stansiyasına qədər hərəkət edəcək. Bununla da intervalları qismən azaldacağıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir: "Yeni nəsil vaqonlardan istifadə edirik, onların da enerji sərfiyyatı köhnə nəsil vaqonlardan çoxdur. Bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən qısalmaları hiss edəcəyik. Bütünlükdə bu tədbirlər bir il yarım - iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə endirə biləcəyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin