Nəqliyyat
15.11.2024 / 12:14
Əlavə vəsait tutan taksi şirkətlərinə xəbərdarlıq edildi
59457
“Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur”.
Yeniavaz xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, qurum bununla bağlı ciddi tədbirlər görəcək:
“Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın 141-Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay