BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8522
  • RUB
    0.0173
  • TRY
    0.0495
  • GBP
    2.2079
58767

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq.

Valyuta.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Namidan Piriyev COP29 tədbirləri çərçivəsində həyata keçiriləcək nəqliyyat planının təqdimatında məlumat verib.

O bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Şıxov istiqamətində Lökbatan dairəsi yaxınlığında qurulacaq nəzarət postundan Bakı kənar dairəvi yoluna yönəldiləcək. Badamdar istiqamətinə keçid açıq olacaq, Yasamal və “Şamaxinka” kimi tanınan ərazilərə giriş isə yalnız müəyyən fasilələrlə təmin olunacaq. Əsas nəqliyyat axını isə Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə “Şamaxinka” istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Sumqayıt şəhərinin girişindəki yanacaqdoldurma məntəqəsinin yanında yerləşən postdan fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn avtomobillər isə Binəqədi-Baksol yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.

"Bu məntəqələr Bakıya giriş nöqtələri kimi təşkil olunacaq", - N. Piriyev bildirib.

Onun sözlərinə görə, şəhər daxilində də bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdirilib: "Mərkəzdən hava limanı istiqamətinə gedən sürücülər Nizami küçəsindən düzünə Yusif Səfərov küçəsinə, ordan isə İzzət Orucov küçəsinə keçərək sağa Fəzail Bayramov küçəsinə və sola 8 Noyabr prospektinə çıxa, həmçinin Zığ yolu ilə də hava limanı istiqamətinə davam edə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək istəyən sürücülər “Koroğlu” metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov, Yavər Əliyev və sola Asif Əsədullayev küçələrindən keçərək Sabunçu-Zabrat yoluna çıxa biləcəklər.

Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəz istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçələrindən istifadə etməklə sağa dönərək Bakı Şəhər Baş Polis İdarəsinin arxasında yerləşən Ələddin Quliyev küçəsi ilə hərəkət edib Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə çıxa biləcəklər".

N. Piriyev əlavə edib ki, Bilgəh kardioloji sanatoriyası və Maştağa qəsəbəsinin “Albalılıq” ərazisindən hava limanı istiqamətində gələnlər Mərdəkandan keçərək Şüvəlan istiqamətində Qala dairəsinə və oradan Zığ şosesinə çıxmaqla yoluna davam edə biləcəklər: "Hava limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 Noyabr prospektinə keçərək Afyəddin Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə gələn sürücülər isə Balaxanı yolu ilə Binəqədi ərazisini keçərək şimal istiqamətinə və paytaxtın mərkəzinə yönələ biləcəklər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən meyvə-tərəvəz alışına milyonlar gedir - Xərcimiz 40 milyon artıb

"Carlsberg Azerbaijan" gömrük qaydalarını pozmaqda ittiham edilir

Kreditlə alış-veriş zamanı edilən səhvlər

Kreditlə alış-veriş zamanı edilən səhvlər

Məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb

Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - QALİB ŞİRKƏT, TƏFƏRRÜATLAR

Dünya Bankı neftin qiyməti üzrə prnoqnozunu azaldıb

Bakının bu ərazisində 40 otaqlı villa satılır

Müəllimlərin əməkhaqqısına nə zaman əlavələr tətbiq olunacaq?

Mərkəzi Bank xarici valyuta xüsusi satış həyata keçirib

Qanunsuz çalışan plastik cərrahlarla bağlı araşdırma aparılıb, 14 müəssisə cərimələnib

ADA Universiteti 340 min manatlıq kompüter alır

İlham Əliyev Qırğızıstana səfərə gedib

Rektor vəzifədən azad edildi

Sabah yağış yağacaq, şimşək çaxacaq

Üzüm aldığımız və satdığımız ölkələr - Qiymətlər

Dollar alışı artır - Ekspert səbəbləri AÇIQLADI

Azərbaycanda bir bağça 4-cü dəfə yandı: Nə baş verir? (VİDEO)

Bu şəxslərə istilik verilməyəcək - XƏBƏRDARLIQ

Xankəndidə tikişçilik kursunun müdavimlərinə sertifikat verildi (FOTO)

Təhsil kompleksinə yeni İcraçı direktor təyin olundu

İşçiləri necə motivasiya etmək olar? - Uğur qazanmağın 10 yolu

Trampın qələbəsi dollar-avro münasibətlərinə necə təsir göstərəcək? - "Euronews"-un araşdırması

Trampın qələbəsi dollar-avro münasibətlərinə necə təsir göstərəcək? - "Euronews"-un araşdırması

125 nəfərin diplomu tanınmadı

AÇG-dən dövlətə ötürülən qazın həcmi 20% artıb

Universitet müəllimləri də sertifikasiyaya cəlb ediləcək?

“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir®

Küləkli hava nə vaxtadək davam edəcək?

Güclü media əlaqələri şirkətlərin gələcəyə baxışını necə dəstəkləyir?

Güclü media əlaqələri şirkətlərin gələcəyə baxışını necə dəstəkləyir?

Mərkəzi Bank “Azpul”u 50 min manat cərimələyib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin