Bu ölkələrə logistika imkanlarında məhdudiyyətlər var
Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrinə logistika imkanlarında müəyyən məhdudiyyətlər var.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumunda çıxışı zamanı “Hikmətoğlu Transport” şirkətinin rəhbəri Rövşən Hikmətoğlu deyib.
O, bildirib ki, Azərbaycandan Körfəz ölkələrinə əsasən meyvə-tərəvəz məhsulları ixrac edilir. İran iqtisadi sanksiyalar altında olduğu üçün ən qısa yol olan Bəndər- Abbas limanının imkanlarından istifadə eymək mümkün deyil. Poti limanı vasitəsilə isə məhsulun çatırılması 70-80 günə başa gəlir. Bu isə məhsulun çatdırması, qiymət və zaman baxımından uyğun deyil. Şirkət rəhbəri qeyd edib ki, alıcı və satıcılar arasında ən çox bank ödəmələrində problemlər yaranır.
O həmçinin bildirib ki, Zəngəzur dəhlizinin açılması KƏŞ ölkələrinə çıxışı daha da asanlaşa bilər.
“KƏŞ ölkələri ilə ticarətin həcmini artırırıqsa loqistika imkanlarını yaxşılaşdırmalıyıq.
Ümidvaram ki, növbəti müzakirələrdə buna nail olacağıq”- Rövşən Hikmətoğlu əlavə edib.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay