"Əhalinin kasıb təbəqəsi ictimai nəqliyyatdan güzəştli qiymətlərlə istifadə etsin" - Deputatdan TƏKLİF
“İctimai nəqliyyatda ödəniş vasitələri və metodlarının beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir”.
Valyuta.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, son illər ictimai nəqliyyat sektorunda institutsional islahatlar dərinləşib:
“Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlərlə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Tələbələr üçün güzəştli qiymətlərlə “Tələbə Nəqliyyat Kartı”nın tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı. Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla, güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür”.
Deputat bildirib ki, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə də ehtiyac var:
“Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu, vətəndaşın müddətli kartdan faydalanmaqla, aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verəcək. Həmçinin nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasına şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur. Güman edirəm ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay