Nəqliyyat
24.06.2024 / 11:27
Bu küçədə hərəkət tam məhdudlaşdırılır
50491
Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
“Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay