Nəqliyyat
05.06.2024 / 16:29
ADY: Yükdaşımaların həcmi 11 % artıb
49523
Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox olub.
Valyuta.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommersiya departamentinin müdiri Məmməd Həmidov "Translogistica Caspian" sərgisi çərçivəsində keçirilən "Orta Dəhliz: perspektivlər və çağırışlar" adlı panel müzakirələrində bildirib.
"O cümlədən, dəmir yolu ilə daxili yükdaşımalarda 6 % artım olub. Bu, görülən mühüm işlərin nəticəsidir. Həmin işlərə misal olaraq genişləndirilməsi bu yaxınlarda tamamlanmış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini göstərmək olar. Mayın 20-də bu yolla yüklərin daşınmasına start verilib və ilk yük qatarı yola salınıb", - deyə o qeyd edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay