Taksi fəaliyyəti ilə məşğul olanlar avtomobilin rəngini dəyişməlidir?
Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qərara əsasən taksi fəaliyyəti ilə məşğul olacaq şəxslərin avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır. Bəs bu qərar bütün avtomobillərə aiddir?
Valyuta.az bu barədə hüquqşunas Şamil Paşayevin şərhini təqdim edir:
“Taksilərin rənginin ağ və ya qırmızı rəngdə olması yalnız bir iyuldan sonra ölkəyə idxal olunacaq taksi fəaliyyətində istifadə olunacaq avtomobillərə aiddir.
Əgər sizin avtomobilinizin rəngi ağ və ya qırmızı deyilsə və hazırda taksi fəaliyyəti ilə məşğulsunuzsa, bu fəaliyyəti davam etdirə bilərsiniz. Avtomobiliniz “Avro-5” ekoloji standartına uyğundursa və dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçməyibsə, rəngindən asılı olmayaraq həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul ola bilərsiniz”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay