Yükdaşımalarda elektron qaimənin tətbiqi bu sahəyə necə təsir edəcək? - ŞƏRH
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, elektron nəqliyyat qaiməsinin tətbiqi ölkədə yükdaşımaların ağarmasına səbəb olacaq. Bunun tətbiqi çətinliklər yaradır, ancaq müəyyən zaman ərzində bu sistemin tam təkmil şəkildə tətbiqi ölkə iqtisadiyyatına müəyyən istiqamətlərdə təkan verəcək.
Elektron qimənin tətbiqi bu sahədə hansı yeniliklərə səbəb olacaq?
Bu barədə Valyuta.az-a danışan nəqliyyat eksperti Yasin Mustafa bildirib ki, hər sahədə elektronlaşmanın tətbiqi dövrün tələbidir:
“Elektronlaşma tətbiq edilən yerlərsə onlayn şəkildə, vaxt itirmədən məlumatlar sistemə daxil edilir və qarşı tərəfdə anında həmin məlumatları görə bilir. Nəqliyyat sistemində də bunun tətbiqi uzun zamandı planlaşdırılıb”.
Ekspert deyir ki, bu sahədə elektronlaşmanın tətbiqinin mənfi və müsbət tərəfləri var:
“Müsbət tərəfləri ondan ibarətədir ki, bütün bu sistem nəzarət altında olacaq, bütün statistika, eyni zamanda daşınan yüklər barədə də elektron şəkildə məlumat bazalara yerləşdiriləcək. Doğrudur, ilk etapda müəyyən çətinliklər yaradacaq. Həmin proqramlardan istifadə etməyən şirkətlərə bu proses ilk ilk məərhələdə çətin ola bilər. Zaman keçdikcə, nazir müavinin dediyi kimi təkmilləşmə getdikcə sistem işləyəcək.
Təbii ki, bu prosesdə bəzi şirkətlərin də maraqlarına da zərər dəyə bilər. O da nəzərdə tutulub ki, yükdaşıma şirkətlərinin informasiyaları – sövdələşmə, qiymətlər, yükün həcmi üçüncü tərəfə ötürülməsin. Belə olarsa bu, onların biznes mühittinə zərər verə bilər, informasiyaların sızması müəyyən neqativ hallara gəitirb çıxara bilər”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay