Nəqliyyat
11.03.2024 / 13:40
Nazir müavini: İctimai nəqliyyatdakı avtobusların yarısı tələblərə cavab vermir
44059
“Bu gün ictimai nəqliyyatda 2000 avtobus var, onların da yarısı tələblərə cavab vermir, köhnədir”.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, bu il 100 elektrikli avtobus ölkəyə gətiriləcək:
“Növbəti illərdən bu sayın artmasını proqnozlaşdırırıq. Bu gün bizə ictimai nəqliyyatda 2500 avtobus lazımdır. Bunu özəl sektorun öhdəsinə qoyduq, amma görürük ki, öhdəsindən gələ bilmir. Tariflərin o həddə qədər artırılmasına biz də qarşıyıq. Dünya ölkələrində ictimai nəqliyyatda dövlət dəstəyi var. Bizdə də buna gediləcək”.
©APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay