Nəqliyyat
11.03.2024 / 13:00
“28 May” stansiyasının qarşısına avtomobillərin girişi bağlanır
44055
Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək:
“Bu, sabah ictimaiyyətə açıqlanacaq".
Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay