"Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin 30%-i keyfiyyətli xidmət göstərir"
“Özəl şirkətlərin qiymət siyasətinə kimsə müdaxilə edə bilməz”.
Bunu Valyuta.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı taksi şirkətlərində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Ekspert qeyd edib ki, bu dövlət tərəfindən atılan addımlar deyil:
“Taksi xidməti göstərənlərin əksəriyyəti özəl şirkətlərdir. Ötən ilin yayında dövlət tərəfindən minimal qiymətlər müəyyənləşdirilib. Qiyməti tətbiq etmək şirkətlərin öz ixtiyarındadır. Onlara heç kim irad tutub, qadağa qoya bilməz”.
Elməddin Muradlı özəl şirkətlərin xidmət keyfiyyətinin aşağı olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Uber”, “Bolt” kimi özəl taksi şirkətlərindən minlərlə şikayətlər var:
“Bu narazılıqların kökü xidmətin keyfiyyətinin aşağı olması ilə əlaqədardır. Yaxşı olar ki, bu barədə düşünsünlər. Xidmətdə artım rəqabət məsələsidir. Bu gün Azərbaycan taksi şirkətlərinin 30%-nin keyfiyyətli xidmət göstərdiyini deyə bilərik. Yerdə qalan biabırçı vəziyyətdədir, bu sistem naşılar tərəfindən idarə olunur”.
Qeyd edək ki, Azərbaycanda taksi qiymətlərinə xidmət haqqı əlavə edilib. Bəzi taksi şirkətlərində bu gündən etibarən gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilib.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay