Bakıda ikinci aeroportun tikilməsinə ehtiyac varmı?
Bir çox ölkələrin paytaxtları və ya iri şəhərlərində bir deyil, bir neçə aeroport fəaliyyət göstərir. Buna misal olaraq, Moskva, London, Paris və digər şəhərləri göstərmək olar. Azərbaycanın paytaxtı Bakı da son illər xeyli böyüyüb. Paytaxtda ölkə əhalisinin qeyri-rəsmi məlumatlara görə az qala 40 faizi yaşayır. Amma bu boyda şəhərdə ancaq bir aeroport fəaliyyət göstərir.
Görəsən, Bakıda da ikinci bir aeroportun tikilməsinə ehtiyac varmı?
Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, indiki məqamda paytaxtda ikinci hava limanına ehtiyac yoxdur:
“Bakı şəhərini Moskva ilə müqayisə etmək düzgün deyil. Bakıda digər tərəfdən iki terminal fəaliyyət göstərir. Heydər Əliyev-1 və Heydər Əliyev-2 terminalları. Həmin terminallar təyyarə ilə sərnişin və yük daşınmasının öhdəsindən kifayət qədər gələ bilir. Aeroportun ardıcıllıqla istənilən qədər təyyarəni qəbul etmək imkanı da var. Nəzərə alaq ki, yük terminalı da fəaliyyət göstərir. Bu nöqteti-nəzərdən hazırda Bakıda ikinci hava limanının olmasına ehtiyac görmürəm”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay