Ana və qızının xəsarət aldığı qəzanı bu şirkətin avtomobili törədib
"İnter DBK" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, şirkətlə bağlı məhkəməyə Orucov Elvin Firdovsi oğlu müraciət edib.
Elvin Orucovun sözügedən şirkət barəsində məhkəməyə müraciət etməsinin səbəbi MMC-yə məxsus yük maşının ona məxsus avtomobillə toqquşması olub. Belə ki, bu ilin noyabr ayının 18-də MMC-yə məxsus 99 JN 675 dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobili Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində Elvin Orucovun idarə etdiyi 77 XL 701 dövlət qeydiyyat nişanlı “Kia” markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı minik avtomobilində olan şəxslər - sürücünün həyat yoldaşı, 1984-cü il təvəllüdlü Rübabə Orucova və qızı, 2010-cu il təvəllüdlü Gülay Orucova ağır xəsarət alıblar.
Yük avtomobilin sürücüsü isə Sumqayıt şəhər sakini Mahmudov Filman Telman oğlu olub.
Elvin Orucov sözügedən hadisəyə görə məhkəmədə şirkət barəsində “Maddi və mənəvi ziyanın ödənilməsi” üçün iddia qaldırıb.
İşə 30.01.2024-cü ildə Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay