BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
39196

"Azərbaycanın ən iri infrastruktur layihələrindən biri hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. Artıq 6 ildir müvəqqəti istismara verilən BTQ xətti qitələrarası daşımalar üçün geniş imkanlar açıb".

Valyuta.az xəbər verir ki, bunu, “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı bildirib. 

O qeyd edib ki, BTQ dəmir yolu Çinin elan etdiyi və Azərbaycanın da daxil olduğu “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib:

"BTQ-nı Tarixi İpək Yolunun tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Əminliklə deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün yeni imkanlar açır. Hədəfimiz, cənab Prezidentimiz də qeyd etdiyi kimi, bu dəmir yolu ilə illik yükdaşımaların həcmini 5 milyon tona çatdırmaqdır.

Hazırda sözügedən layihə üzrə genişləndirmə işlərinin birinci mərhələsinin rəsmi olaraq istismara qəbul olunması aktı Gürcüstanın aidiyyəti dövlət qurumu tərfindən imzalanıb. Axalkalaki vağzalının da tamamlanma işlərini yekunlaşdıraraq təhvil vermişik. Cari ilin sonunadək isə  layihənin ikinci və dördüncü mərhələləri də yekunlaşdırılaraq təhvil veriləcəkdir.

Üçüncü mərhələ və Axalkalaki stansiya kompleksində də son tamamlanma işləri görülür. Axalkalakidə müxtəlif təyinatlı – təkər cütlərinin dəyişdirilməsi, yaşayış binası, o cümlədən 100-dən çox tikilinin olduğu iri kompleksin son tamamlanma işləri davam edir. Artıq əməliyyatların səmərəliliyini təmin etmək üçün birgə müəssisənin yaradılması üzərində də çalışmalara başlanılıb. 2024-cü ilin birinci rübündə bütövlükdə layihənin tam sona çatdırılması planlaşdırılır".

© FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin