Avtobus xətlərinin sayının azaldılması sərnişindaşımaya necə təsir edəcək? (ŞƏRH)
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı bildirib ki, Bakıda 22 avtobus zolağı var. Lakin hamısının təkmilləşməsinə ehtiyac var. Bütün bunlar təhlil edilib. Təhlillərin nəticəsi göstərir ki, onların yarısı yenilənməlidir. Bu, sərnişinlərə çətinlik yaratmayacaq. Sadəcə əhalinin rahatlığı üçün marşrutu xətlərinin təkmilləşməsi və marşrutların yarıya qədər azaldılması planlaşdırılır.
Bəs Bakıda marşrut xətlərinin azaldılmasına ehtiyac varmı? Bu necə effekt verər?
Valyuta.az bu sualları nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənovla müzakirə edib.
Ekspert deyib ki, əgər nazir müavinin dedikləri hər hansı a nöqtəsindən b nöqtəsinə olan məsafə qısaldılması ilə bağlıdırsa, bu anlaşılan olar, yox əgər ümumi marşrut xətlərinin saylarının azaldılmasından söhbət gedirsə bu çox bərbad effekt verəcək:
“Günün pik saatlarında dayanacaqlarda avtobus gözləyən narazı sərnişinlərin sayını daha artıracaq, xoşa gəlməyən halla nəticələnə bilər ki, bu da arzuolunmazdır. Düşünürəm ki, nazirlik bu addımı atanda digər alternativləri də nəzərə alacaq. Çünki yerüstü nəqliyyatın, avtobusların sayı azaldıqca yeraltı nəqliyyata güc düşür. Metronun onsuz da yükü çoxdur”.
Rövşən Həsənov bildirib ki, xətlərin sayının azaldılması çıxış yolu deyil. Buna alternativ olaraq nəsə təqdim etmək lazımdır:
“Əgər bu təcili formada həyata keçirilməlidirsə, ona alternativ marşrutlar ayrılmalıdır ki, sərnişinlərin ilkin olaraq konfortuna, gediş-gəlişinə maneə yaratmasın, marşrut gözləyənlərin sayını artırmasın, bu zaman həmin işləri görsünlər. Yox əgər heç bir alternativ olmadan bu dediklərini dərhal həyata keçirəcəklərsə, bu heç də ürək açan olmayacaq və düşünürəm ki, nəticə etibarı ilə onsuz da narazı olan sərnişinlərin sayını günü-gündən artıracaq.
Biz sərnişindaşıma deyəndə komfortlu avtobuslarla yalnız Bakının mərkəzini nəzərə almamalıyıq, Bakıdan kənarda qəsəbələr, kəndlər var ki, günün pik saatlarında orda dayanan sərnişinləri gördükdə artıq müəyyənləşdirə bilərik ki, bu sərnişindaşıma nə vəziyyətdədir. Heç sorğu keçirmədən belə biz bu məsələlərə mənfi münasibət olduğunu görərik”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay