“Azərbaycanda avtomobil parkı köhnədir”
“Azərbaycanda avtomobil parkı köhnədir”.ı
Bunu Valyuta.az-a nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, əhali bu avtomobillərdən istifadə etməyə məcburdur.:
“Əhalinin mobilliyinin təmin olunmasında onlardan istifadə olunur. Əhali buna məcburdur. Fərdi avtomobillər kimi hətta avtobus parkımız da həddən artıq köhnədir. Birdən-birə hansısa qərarlar qəbul edib dərhal icra etməklə məsələni həll etmək mümkün deyil. Belə məsələlər tədricən həll olunur”.
Ərşad Hüseynov hesab edir ki, bunların hamısı qəbul olunacaq qərarlardan asılı olacaq:
“Hələ bu barədə qarar yoxdur. Taksi fəaliyyətində istifadə olunacaq minik avtomobilləri ilə bağlı hər hansı bir dəyişiklik olarsa bunu ancaq nazirlər kabineti edə bilər”.
Qeyd edək ki, Bakıda taksilərin 60 faizinin yaşı 15 ildən çoxdur. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev bildirib.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay