DİN sürücülərə çağırış etdi: Bunu etsəniz 100 AZN cərimə olunacaqsınız (VİDEO)
Son günlər xüsusi təyinatlı nəqliyyat vasitələrinin, əsas da təcili tibbi yardım maşınlarının ardınca maşın sürüb, sui-istifadə hallarına yol vermə halları ilə tez-tez qarşılaşırıq.
Belə hallara yol verməmək üçün sürücülərə çağırış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında bildirib ki, vətəndaşlar bu növ nəqliyyat vasitələrinə qarşı məsuliyyətli olmalıdır:
"Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstələrinə qoşularaq hərəkətə davam olunması İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə uyğun olaraq 100 manat məbləğində cərimə və 3 cərimə balı nəzərdə tutulur. Bütün hərəkət iştirakçılarından, öncə xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməyi, daha sonra isə onların yoluna maneə yaratmaqla ardıcıl davamlı hərəkətlərin mütəşəkkil dəstələrə qoşulmaqla edən şəxslər də unutmamalıdır ki, onlar özülüyündə inzibati məsuliyyət olmaqla yanaşı bu növ nəqliyyat vasitələrini idarə edən, operativliyin təmini üçün nəzərdə tutulan işləri həyata keçirən şəxslərə maneə yaradılmaqla mənəvi ödhədliklər də insanların üzərinə qurulur.
Hər bir vətəndaşımızdan məsuliyyətli olmağı və operativ nəqliyyat vasitələrinin hər hansısa birimizin qapısına müxtəlif vaxtlarda gözlənilməyən hallarda gələ biləcəyini isə unutmamağı xahiş edirik".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay