Nəqliyyat
26.06.2023 / 14:10
Toydan qayıdarkən dəhşətli qəzada ölənlərin (FOTOLAR)
29812
Naxçıvanda toydan qayıdarkən yol qəzasında ölən 6 nəfər barədə təfərrüatlar məlum olub.
"Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə zamanı həlak olan Xanlar Sultanov və Azadə Sultanova ər-arvad olublar.
A.Sultanovanın 3 yaşlı qardaşı oğlu və ailənin digər qohumu, 63 yaşlı Sahiyə Cəfərova da həmin vaxt avtomobildə olublar. Onların da həyatını xilas etmək mümkün olmayıb.
Ölənlərdən 27 yaşlı Amin Oruclu həkim olub. O, Babək rayonunun Kültəpə kəndində stomatoloq işləyirmiş.
23 yaşlı Hikmət Əlizadə isə Naxçıvan Tibb Kollecinin tələbəsi olub.
Qeyd edək ki, hadisə bu gecə Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisində baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Foto sözügedən toyda çəkilib. Solda Hikmət Əlizadə, sağda Amin Oruclu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay