BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
29755

Bu gün yollarda qəza təhlükəsi və sıxlıq yaradan problemlərdən biri də istismara tamamilə yarasız, bir çox hissələri işlək vəziyyətdə olmayan köhnə avtomobillərdir.

Milli Məclisin bu gün keçirilən iclasında “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişikliklər üçüncü oxunuşda təsdiq edilib. Qanuna dəyişikliklər köhnə avtomobillərin utilizasiya qaydalarını və şərlərini müəyyən edir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu cür avtomobillər tədricən yeniləri ilə əvəzlənməlidir.

O qeyd edib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” var.

“Həmin proqramda bu məsələlər, o cümlədən köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub və yalnız bu proqramın icrası ilə köhnə avtomobillərin sayını azaltmaq olar”, - deyə o qeyd edib.

Ə.Hüseynov bildirib ki, qanunvericilikdə avtomobillərin yol hərəkətinə buraxılması şərtləri var. “Avtomobillər texniki cəhətdən saz və istifadəyə yaralı olmalıdır. Ona nəzarət üçün də texniki baxış olmalıdır. Yol polisi bu məsələyə nəzarət etməlidir.

Digər tərəfdən də bu cür avtomollər ilə yola çıxaranlar məsulyyətli olmalıdır. Bu vəziyyətdə avtomobilin idarə edilməsi böyük riskdir və hər an qəza baş verə bilər. Yol qəzaları bütün avtomobillərlə törədilir. Ancaq köhnə avtomobillərlə törədilən eyni xarakterli qəzalarda xəsarət və ölüm halları daha fərqli olur. Yeni avtomobillərdə insanlar daha yüngül xəsarət alır. Ancaq ömrünü başa vurmuş avtomobillərdə eyni xarakterli qəza zamanı ölüm baş verir”, - deyə o bildirib.

Ə.Hüseynov qeyd edib ki, bu baxımdan köhnə avtomobillərin utilizasiyasına böyük ehtiyac var. “Bu cür avtomobillər utilizasiya vasitəsilə tədricən yeniləri ilə əvəz edilsə qəzalar zamanı ölüm hallarının azalması müşahidə edilə bilər”, - deyə Ə.Hüseynov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin