Nəqliyyat
24.06.2023 / 12:14
Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsi yaranıb (FOTOLAR)
29727
Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəliməmmədli mənzilində sel təhlükəsi yaranıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Valyuta.az-a verilən məlumata görə, son günlərdə yağan güclü yağışlardan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb.
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvə səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay