Bakı-Ağdam yolunun 10 milyon tona qədər yükdaşıma qabiliyyəti var
Bakıdan Ağdama birbaşa dəmir yolu reysi açılacaq.
"APA-Economics" xəbər verir ki bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Tikintiyə nəzarət idarəsinin rəisi Tural Abbaslı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakıdan Yevlaxa, Yevlaxdan Bərdəyə, Bərdədən isə Ağdama dəmir yolu nəzərdə tutulub:
"Yol bir xətli olacaq və hazırda elektrikləşməyib. Yolun 10 milyon tona qədər yükdaşıma qabiliyyəti var. Ağdam stansiyası xaric, işlərin bu ilin sonuna kimi başa çatacağı gözlənilir. Ağdam stansiyasının tikintisi isə gələn ilin yanvar-fevral aylarında yekunlaşacaq”.
İdarə rəisi əlavə edib ki, Prezidentin sərəncamına əsasən, 2020-ci il noyabr ayının 24-də Bərdə-Ağdam stansiyasının tikintisi başlayıb: "Ümumi ox üzrə 47.1 km, yan yollarla birlikdə isə 57.8 km dəmir yolunun tikintisi nəzər tutulur. Artıq yolun 56.9 km-i salınıb. Hal-hazırda Ağdam stansiyasında 5 yan yol salınıb. Tikinti üzrə isə 90% layihələndirmə işləri yerinə yetirilib. Bərdə stansiyasında söküntü işləri başlayıb, köhnə stansiya sökülərək yerində yenisi inşa olunacaq. Köçərli və Təzəkənd stansiyalarının bünövrələri inşa olunub və Ağdam stansiyasının layihələndirmə işləri sürətlə davam edir. Gözləntimiz odur ki, iyun ayının ortalarına layihələndirmə işlərini bitirib, iyul-avqust aylarında sahədə işlərə başlayaq”.
Qeyd edək ki, mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay