Bu zolağı kim çəkib? - Qurumlar araşdrır
Bakının mərkəzi küçələrindən birində piyada zolağı qaydalara uyğun çəkilməyib. Belə ki, piyada keçidi ağacların basdırıldığı qapalı əraziyə çıxır. Nəticədə də yoldan istifadə edən piyadalar təhlükə ilə üz-üzə qalırlar.
Valyuta.az Xəzər TV-yə istinadən xəbər verir ki, zolağın niyə belə çəkilməsi barədə aididyyatı qurumlardan bildirilib ki, işin hansı qurum tərəfindən görüldüyü məlum deyil.
Zolağın çəkilişində səhvə yol verilib. Piyadalar təhlükə ilə üz-üzə qalırlar.
Sakinlər bildirir ki, piyada zolağından gün ərazində bir neçə dəfə keçirlər, bu hal isə onların işini çətinləşdirir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, piyada keçidinin nə vaxt, hansı qurum tərəfindən çəkildiyi araşdırılır. Nəticəsindən asılı olaraq tədbir görüləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay