Nəqliyyat
03.02.2022 / 11:52
Paşinyan: “Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır”
19309
"Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır".
Valyuta.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.
O deyib ki, Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatoru Rusiya Dəmir Yolları (RDY) olacaq.
Qeyd edək ki, daha əvvəl N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilmiş görüş zamanı Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun çəkilməsi barədə razılığın əldə olunduğunu bildirmişdi. Söhbət Erasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolundan gedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay