BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
19294

Milli Məclisin fevralın 1-də keçirilən iclasında parklanmalarla bağlı yeni qərarlar qəbul olundu. Bundan sonra avtomobili düzgün yerdə saxlamayan sürücülər artıq 20 manat deyil, 40 manat cərimə ediləcəklər. Amma bu cərimələrlə yanaşı, Bakının parklanma problemi də olduğu kimi qalır.

Ekspertlər paytaxtın əvvəlki parklanma probleminin bu qərarla da düzəlməyəcəyini düşünürlər. Onların sözlərinə görə, paytaxtda artan tələbata uyğun olaraq parklanmaların sayının çoxaldılmaması problemi daha da kəskinləşdirəcək.

Məsələ ilə bağlı avtomobil eksperti Elməddin Muradlı Lent.az-a bildirib ki, Bakıda parklanmaların sayının artırılması əvəzinə, dayanacaqlarda belə obyekt tikiblər:

“Parklanma yerləri ilə bağlı danışanda bəzi dövlət qurumları deyir ki, dünyada artıq avtomobillərdən istifadənin azaldılmasına doğru addımlar atılır. Piyadayönümlü layihələr hazırlanır, iri şəhərlərin infrastrukturları piyadaların hərəkəti üçün sadələşdirilir. Yaxşı, qoy elə olsun. Axı bu sözü deyən məmur sonra gedib hansısa uşaq bağçasını, vacib tikilini sökür, ağacları kəsdirib bina, otel tikdirir. Parklanma yerləri yaratmır. Sürücülər bu haqda soruşanda da cavab verirlər ki, “siz maşın alanda onu harda saxlayacağınız barədə bizimlə məsləhət etməmişdiniz”.

21-ci əsrdə kimsə maşın alanda gedib məmurla məsləhətləşməlidir? Əksinə həmin məmur işini düzgün qurmalıdır. Bina tikirlər, amma parklanma yerini düşünən yoxdur. Ona görə də o binalardan ev alanlar maşını yolda, səkidə, harada gəldi saxlayır. Adam 150-200 min verib ev alır, amma maşını saxlamağa yer tapmır.

Nəticədə BNA, DYP gəlib cərimələyir və narazılıq yaranır. Bakıda bəzi dayanacaqlarda belə obyekt tikiblər. Deyirlər ki, Avropada bəzi şəhərlərə avtomobillərin girişinə icazə verilmir. Mən də deyirəm ki, Avropada səkidə çayxana tikmirlər, səkidə hündürmərtəbəli binanın təməlini qoymurlar. Amma bizdə bunlar olur. İndi belə şəraitdə parklanmalara görə cərimələrin artırılması çarə deyil.

Çıxış yolunu dövlət başçısı göstərib. Əvvəlcə şərait yaradılmalıdır, sonra cərimələnməlidir. Amma aidiyyatı qurumlar ancaq cərimələyir ki, şərait yoxdur, hər yerdə tikinti var və s. İctimai nəqliyyat vaxtlı-vaxtında işləsə, interval az, avtobusların sayı çox olsa, əlavə trolleybus və tramvaylar da işləsə, şəxsi avtomobillərdən istifadə azalar. Maşın alanlar ya imkanlılardır, ya da ictimai nəqliyyatdan təngə gələnlər, xəstəliklərdən özünü daha çox qorumaq istəyənlərdir”.

Bəs, Bakı kimi iri şəhərlərdə parklanma yerlərinin sayı nə qədər olmalıdır?

Bu barədə mütəxəssislərin fikri fərqlidir. Bəziləri son illər ümumən dünyanın iri şəhərlərində parklanma sahələrinin sayının çoxaldılmasının sərf etmədiyini deyirlər. Onlar bildirir ki, belə sahələrin sayı şəhərin nəqliyyat siyasətindən, həmçinin infrastrukturdan irəli gələn məsələdir.

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında qəbul olunan qərara əsasən, bundan sonra avtomobillərin yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə, qanunsuz olaraq səkilərdə, habelə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və durmasına görə 40 manat cərimə müəyyən edilir. Əvvəl isə bu cərimə 20 manat təşkil edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

Bu icra başçıları özlərinə köməkçi axtarır

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

İki qanun layihəsi plenar iclasda tövsiyə olundu

Ötən il əhaliyə ₼62 milyardlıq məhsul satılıb

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan - “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin