2021-ci ildə Avropanın ən dolu havalımanları
İstanbul Havalımanı 2021-ci ildə 36 milyon 988 min 563 sərnişinə xidmət edərək “Avropanın ən dolu havalımanı” sayıldı.
Avropa Beynəlxalq Havalimanları Şurası (ACİ Europe) tərəfindən hazırlanan illik hesabata görə, 2021-ci ildə ən çox sərnişini Türkiyə və Rusiya havalimanları qarşılayıb.
İstanbul Havalımanı 36 milyon 988 min 563 sərnişin sayı ilə “Ən dolu havalımanı” kimi birinci, Rusiyanın paytaxtı Moskvada olan Şeremetyevo Beynəlxalq Havalımanı 30 milyon 943 min 456 sərnişinlə ikinci, Fransanın paytaxtı Parisdəki “Charles de Gaulle” havalımanı 26 milyon 201 min 698 sərnişinlə üçüncü, Hollandiyanın paytaxtı Amsterdamdakı “Schiphol” havalımanı dördüncü, Moskvadakı Domodedovo Havalımanı isə beşinci olub.
İstanbul Havalımanı 2020-ci ildə də epidemiya şərtlərinə baxmayaraq, Avropa havalimanları arasında sərnişin sayı sıralamasında 23,4 milyon sərnişinlə birinci idi.
Avropanın ən dolu havalimanları siyahısında Sabiha Gökçen və Antaliya havalimanlarının da adları var. Sabiha Gökçen Havalımanı 24 milyon 991 min sərnişinlə altıncı, Antaliya Havalımanı isə 21 milyon 333 min sərnişinlə doqquzuncu sıradadır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay