BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
19176

Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbənin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. Bu amil 2020-ci il noyabrın 10-da Moskvada imzalanmış üçtərəfli bəyanatda da öz əksini tapıb. Bu gün Zəngəzur dəhlizi regionun qazılmaz reallığıdır. Dəhlizin açılışı ilə Çindən başlayan, Xəzər regionundan Türkiyəyə, oradan isə Şərqi Aralıq dənizi və Şimali Avropa istiqamətində dünyanın ən böyük ticarət dəhlizi yaradıla bilər.

Rusiyalı siyasi analitik Pavel Kloçkov Trend-ə bildirib ki, həqiqətən də Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırıb və siyasətdə realist olan hər kəs bunu etiraf etməyə hazırdır.

"Əldə olunanlar da qorunub saxlanılmalı və daha da inkişaf etdirilməlidir. Əlbəttə ki, Zəngəzur dəhlizinin böyük potensialı var və məhz diplomatik xarakterli səylər, yeni iqtisadi layihələrin inkişafı regionda təhlükəsizliyi böyük ölçüdə təmin edə bilər. İqtisadi tərəflər də daxil olmaqla, bundan faydalanan tərəflər nə qədər çox olarsa, bu regionun sabitliyini hər-hansı bir sınaqdan keçirmək istəyini bir o qədər azaldar", - ekspert qeyd edib.

Kloçkov hesab edir ki, iqtisadi layihələr və düzgün diplomatiya hazırda bütün regionun sabitliyinin açarıdır.

"Yüksək səviyyəli razılaşmalar və real iqtisadi layihələr hazırda vəziyyəti dönməz edir. Bilirəm ki, bu istiqamətdə kifayət qədər faydalı işlər görülür”, - deyə o əlavə edib.

Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov hesab edir ki, Zəngəzur dəhlizi açılmalıdır.

"Ermənistanda başa düşməlidirlər ki, bu dəhlizin açılması yerli iqtisadi əlaqələrin qurulmasının vacib hissəsidir, bunuda bərpa etmədən, o cümlədən Ermənistanda, iqtisadi artım da mümkün deyil. Zəngəzur dəhlizi lazımdır və o, olacaq", - Koltaşov vurğulayıb.

Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələrinin iqtisadi maraqlarına cavab verir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub kimi marşrutların vacib bəndidir və bu baxımdan Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb marşrutlarının kəsişmə nöqtəsi olduğu üçün özünəməxsus rol oynayır. Bu dəhlizin yaradılması bütün regionda nəqliyyat kommunikasiyalarının inkişafına böyük təsir göstərəcək. Zəngəzur dəhlizi Cənubi Qafqazda nəqliyyat inteqrasiyasının genişləndirilməsinə kömək etməklə yanaşı, Asiyadan Avropaya ən qısa quru yolu təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

Bu icra başçıları özlərinə köməkçi axtarır

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

İki qanun layihəsi plenar iclasda tövsiyə olundu

Ötən il əhaliyə ₼62 milyardlıq məhsul satılıb

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan - “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin