Nəqliyyat
27.09.2021 / 12:19
Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşları kəskin azalıb - AMB
18544
Cari ilin 8 ayı ərzində Azərbaycanda nəqliyyat və rabitə sektoru üzrə kredit qoyuluşlarının ümumi həcmi 6 milyon 570,5 min manat olub.
Valyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı aylıq maliyyə hesabatında əks olunub.
Hesabat dövründə bu gəlirlərin kredit qoyuluşlarının sahələr üzrə strukturu üzrə xüsusi çəkisi 43,8 faiz təşkil edir.
Qeyd edək ki, ötən ilin eyni dövründə qeyd edilən sahəyə 8 milyon 317.2 min manat vəsait yönəldilib.
Aydın olur ki, bir il ərzində kreditlərin həcmində 1 milyon 746,7 min manatlıq və ya 21 faizlik azalma baş verib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay