Bakıda piyada keçidlərinin tikintisi niyə yarımçıq qalıb? - Səbəb bilinmir (VİDEO)
Paytaxtın müxtəlif yerlərində yerüstü piyada keçidlərinin inşası illərdir ki, yekunlaşmır. Bu hal isə həmin ərazilərdən istifadə edən piyadalar üçün təhlükə yaradır.
Keçidlərdən birinin sadəcə bünövrəsi qoyulub, digəri isə təhvil verilmir.
Məsələn, paytaxtın 8 noyabr prospekti və Koroğlu Rəhimov küçəsində belə vəziyyət yaşanır. Ərazidə piyada keçidində işlər yekunlaşmadığı üçün insanlar sürətlə şütüyən maşınların arasından həyatlarını təhlükəyə ataraq yolu keçirlər.
Piyadaların avtomobil yolundan nizamsız keçməsi sürücülərin də işini çətinləşdir. Belə olan halda isə qəzalar qaçılmaz olur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə münasibət bildirib. Qeyd olunub ki, piyada keçidlərində tikintinin yarımçıq qalmasının səbəbi büdcə ilə bağlıdır.
Mənbə: Xəzər TV
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay