BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
18318

“2011-ci ildə təsdiqlənmiş “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar “Yaşıl”, “Qırmızı”, “Sarı”, “Bənövşəyi” və “Mavi” xətlərdir. Bütün stansiyaların tikintisinin 2030-cu ilədək başa çatdırılması nəzərdə tutulub”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni inşa edilən xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq, “28 May” stansiyasındakı kimi bir-biri ilə kəsişməyəcək

“Xətlərin ayrılması həm də Bakının Baş Planının tərkib hissəsidir”.

B.Məmmədov deyib ki, hazırda “Yaşıl xətt” “Xətai” stansiyasından başlayaraq “Dərnəgül” stansiyasınadək davam edir:

“Bu iki xətt – “Qırmızı” və “Yaşıl” xətlər bir-birindən ayrılandan sonra “Dərnəgül”dən “Gənclik”ə birbaşa getmək olmayacaq. Mütləq “Cəfər Cabbarlı” stansiyasından “28 May”a keçid edib digər qatara minib getmək lazım gələcək.

“Xətai” stansiyasından sonra “Ağ şəhər”də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiya tikiləcək. Ümumilikdə, Nobel prospekti boyunca “Xətai”dən sonra 3 stansiya olacaq. Gələcəkdə isə “Həzi Aslanov-2”dən sonra birbaşa yenidən “Dərnəgül”ə qədər stansiyalar tikiləcək və “Yaşıl xətt” dairəvi olacaq. Ümumilikdə, “Yaşıl xətt” boyu 10 keçid stansiyası olacaq”.

Metropoliten rəsmisinin sözlərinə görə, hazırda metronun “Qırmızı xətt”i “İçərişəhər” stansiyasında başlayır və “Həzi Aslanov”da bitir:

““Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə əsasən, “Qırmızı xətt” Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinə qədər uzanacaq. Yəni gələcəkdə “İçərişəhər”dən sonra Badamdara qədər 4 stansiya inşa ediləcək.

Bununla yanaşı, “Bənövşəyi xətt”də Heydər Əliyev adına İdman və Konsert Kompleksinin arxasında, Tbilisi prospektinə paralel Cəlil Məmmədquluzadə küçəsində B-4 stansiyası tikiləcək. Hazırda stansiyanın inşasının fəal dövrü başlamaq üzrədir və müvafiq hazırlıq tədbirləri yekunlaşdırılıb. “Bənövşəyi xətt” üzrə ümumilikdə 1-i yerüstü olmaqla, 13 stansiya və bir depo olacaq.

“Bənövşəyi xətt” Xocəsən qəsəbəsindən başlayaraq “Xətai” stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq. Xocəsəndə yerüstü stansiyanın inşası planlı şəkildə davam edir və 2022-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub.

“Mavi xətt” isə Yeni Yasamaldan başlayaraq Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək davam edəcək. Bu xətt üzrə 11 stansiya və Ramana qəsəbəsində bir depo olacaq.

Beşinci, “Sarı xətt” isə Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Binəqədi ərazisindən başlayıb Şıx çimərliyinin yaxınlığına kimi uzanacaq yeni “Sarı xətt”in üzərində 11 stansiyanın tikilməsi planlaşdırılır”.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

Bu icra başçıları özlərinə köməkçi axtarır

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

İki qanun layihəsi plenar iclasda tövsiyə olundu

Ötən il əhaliyə ₼62 milyardlıq məhsul satılıb

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan - “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin