BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
17468

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətin müddəti növbəti dəfə noyabrın 1-i saat 06:00-dək uzadılıb. Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov nəqliyyatın həftəsonu işləməməsinin səbəbini virusun aktivliyinin aşağı salınması ilə izah edib.

Amma nədənsə bu qərarı verənlər, həftəsonları iş yerlərinin açıq olduğunu unudub. Çünki şəxsi avtomobili olmayan şəxslər hansısa vasitə ilə işə getmək məcburiyyətindədir. Necə deyərlər, tələb (işə gedənlər) təklifi (taksilər) doğurur. Bu səbəbdən də metrodan metroya prinsipilə işləyən 1 manatlıq taksilər şənbə-bazar günü qaz vurub qazan doldurur. Bizim Operativ Qərargah isə elə bilir ki, avtobus-metro işləmirsə, hamı evdə oturur...

Operativ Qərargahda bu qərarı verənlər həm də vətəndaşların həyatının qeyri-qanuni taksilər vasitəsilə riskə atıldığını da gözardı edir. Elə yeri bütün metrostansiyaların çıxışı olan taksilərin fəaliyyətinə göz yuman polis kimi. Prosesin gedişi belədir ki, ictimai nəqliyyat işləmir, amma vətəndaş işə getməlidir. Qanuni daşıma yoxdursa, qeyri-qanuni daşıma peyda olmalıdır. Onların yerini bilib tədbir görülmürsə, deməli, insanların möhtac qaldığı və təhlükəli 1 manatlıq taksilərin işinə göz yumulur...

Operativ Qərargah bütün bunları niyə görməzdən gəlir, bunu isə bircə bu qərarı verənlər bilir...

Hətta bir müddət əvvəl məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli 1 manatlıq taksilərdən narazılığını ifadə etmiş, şəhərdə nəqliyyatın hərəkətində tıxac yaratdığını bildirmişdi. BNA sədri həmin vaxt Bakıda 35-40 min qanunsuz taksinin fəaliyyət göstərdiyini, müvafiq qurumlara bu barədə məlumat verildiyini açıqlamışdı.

Valyuta.az xəbər verir ki, bütün bunlarla bağlı Modern.az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, polis “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, nəqliyyat vasitələrinin fəaliyyətinin təşkilini təmin edir:

“Əgər söhbət 1 manatlıq taksilərdən gedirsə, onlara qarşı tədbirlər davam etdirilir. Sizin vasitənizlə qanunsuz taksi fəaliyyətilə məşğul olanlara müraciət edərək bildiririk ki, bu iş qanun pozuntusudur və barənizdə inzibati tənbeh tədbirlərinin görülməməsi üçün nizam-intizama dəvət edirik.

1 manatlıq taksiləri idarə edənlərdən xahiş edirik ki, “Yol hərəkəti haqqında “Qanunun tələblərinə uyğun hərəkət etsinlər ki, inzibati məsuliyyətə cəlb edilməsinlər. Bakı şəhərində koronavirusla əlaqəli nəticələri görürəm və hesab edirəm ki, hamılıqla Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara müzakirəsiz riayət edməliyik. Fikir verirsinizsə, polis əməkdaşları hətta açıq havada qoruyucu vasitələrdən istifadə edir”.

Onun sözlərinə görə, bu həm özlərinin, həm də digər vətəndaşların sağlamlığının qorunması deməkdir:

“Bəzən vətəndaşlarımızın özlərini qorumalarına laqeyid yanaşmaları gündəlik virusa yoluxma hallarının artmasına gətirib çıxarır. Bu gün polis əməkdaşlarının inzibati tənbeh tədbirlərini həyata keçirməsi təsadüfi deyil. Polis əməkdaşları bu tədbirləri həyata keçirərkən, virusa yoluxma riski daşıyırlar. Ən azından bunu nəzərə almaq lazımdır. Bu gün əməkdaşlarımız qapalı məkanlarda müşahidə və yoxlamalar aparır, qayda pozuntusu aşkarlanırsa, inzibati tənbeh tədbirləri görürlər.

Sizin sualınıza cavab olaraq, bir daha vətəndaşlardan xahiş edirik ki, nizam-intizama riayət etsinlər. Özləri könüllü olaraq, öz sağlamlıqlarının qayğısına hərtərəfli qalmağı bacarsınlar. Bunu da deyim ki, polis profilaktiki tədbirləri daha çox görür, nəninki cərimələyir. Çünki məqsədimiz cərimələmək yox, əhalini maarifləndirməkdir”.
 

V.Əsədov hesab edir ki, “1 manatlıq taksilər” adlandırılan avtomobillərin fəaliyyətinin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir:

“Bu, sadəcə DYP-nin üzərinə düşən iş deyil, digər qurumlar da kompleks tədbirləri həyata keçirməlidir. Yəqin ki, epidemioloji vəziyyət stabilləşdikdən, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa olunduqdan sonra bu problem aradan qalxar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

Bu icra başçıları özlərinə köməkçi axtarır

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

İki qanun layihəsi plenar iclasda tövsiyə olundu

Ötən il əhaliyə ₼62 milyardlıq məhsul satılıb

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Baydendən "oliqarxiya"nın yaranması barədə xəbərdarlıq

1,68 trilyon dollarlıq aktivləri olan - “Franklin Templeton”

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib

Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin