BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
15789

Baş Dövlət Yol Polisi İdarəsi bayramda rayonlara getmək istəyənlərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Valyuta.az-a bildirilib ki,hazırda yay mövsümünün olması və havaların isti keçməsi ilə əlaqədar vətəndaşların bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələri üçün əlverişli şərait yaranıb. 

Qarşıdan gələn Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilməsinə, televiziya, radio və sosial şəbəkələr vasitəsilə sürücülərə, piyadalara xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də yol hərəkəti qaydalarına biganə qalan, adi diqqətsizliyin, tələsgənliyin böyük faciələrə səbəb ola biləcəyini nəzərə almayan vətəndaşlarımıza rast gəlinir.

Elə son günlərdə nəqliyyat vasitələrinin toqquşması və piyadaların vurulması ilə nəticələnən ağır yol qəzalarının təhlili də deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yollarda sürət həddinə riayət etməmələri, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmaları, manevretmə  qaydalarını kobud şəkildə pozmaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçməmələri və ən çox da yuxulu, yaxud əzgin, yorğun halda avtomobil idarə etmələridir.

Qeyd etməliyik ki, insan tələfatı ilə nəticələnən ağır qəzaların baş verməsində piyadaların da təqsiri az deyil, xüsusilə də günün qaranlıq vaxtlarında. Əfsuslar olsun ki, piyadaların gecə saatlarında yolu necə gəldi keçmələri, yaxınlaşan nəqliyyat vasitəsi sürücüsünün onu görüb-görməməsinin fərqinə belə varmadan yolun hərəkət hissəsinə çıxaraq hərəkət etmələri bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir.

Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, eləcə də soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı tövsiyə edir.

Bir daha xatırladırıq ki, respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobili saxlayıb qısa müddətə istirahət etmək üçün müvafiq şərait yaradılmışdır.

Ümid edirik ki, hər bir hərəkət iştirakçısı bu çağırışa düşünülmüş şəkildə yanaşacaq, özünün, ailə üzvlərinin və digər şəxslərin təhlükəsizliyini təmin etmək üçün yol qaydalarına ciddi riayət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqladı - Faiz gəlirləri 71,5% artıb

"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqladı - Faiz gəlirləri 71,5% artıb

Bakının bütün mikrorayonlarında su kəsiləcək

Elmlər Akademiyası mühafizə xidmətinə yarım milyon ayırıb

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Neftimizin qiyməti yenidən 85 dollara yaxınlaşır

Keçmiş prezidentlər Trampın andiçmə mərasimində iştirak etməyəcəklər

EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb

Azərbaycanda ötən il 28 milyard kVt·st-dan çox elektrik enerjisi istehsal edilib

Türk Hava Yolları Suriyaya uçuşlara başlayacaq

Xaricdə təhsil alan bu şəxslərin diplomu tanınmayıb

Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi

İranda ilk yerli kəşfiyyat gəmisi istismara verildi

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Qatlanan, cibə yerləşən dron təqdim olunub - SƏHƏR OXUSU

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin