Nəqliyyat
15.07.2021 / 14:19
Azərbaycanda dəmiryol nəqliyyatı ilə yükdaşımalar artıb
15668
Bu ilin birinci yarısında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 7,2 mln. ton yük, 1 115,2 min sərnişin daşınılıb.
Valyuta.az bildirir ki, Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,3% artım, sərnişin daşınmasında isə 16,5% azalma müşahidə olunub.
Məlumata görə, ilin birinci yarısında orta hesabla sutkada 379 vaqon yüklənilib, 323 vaqon isə boşaldılıb.
"Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,6 min ton, Qərb istiqaməti üzrə 3,3 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib", - məlumatda qeyd olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay