Ələt azad iqtisadi zonası ilə əlaqədar görüşlər keçirilir – Məmməd Musayev
Azad iqtisadi zonalar Azərbaycanın xarici ticarət strategiyasının vacib halqalarından biridir və iqtisadiyyata kapitalın cəlb olunmasına, eləcə də ixracın çeşidinin və coğrafiyasının genişlənməsinə xidmət edir.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev Ələt azad iqtisadi zonasının sahibkarlar üçün onlayn təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisindən "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri keçir və ölkənin iri bazarlara yaxınlığı azad iqtisadi zona iqtisadi səmərəliliyinin artmasına, Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə və Yaxın Şərq bazarlarına xidmət etməyə kömək göstərəcək.
Ələt azad iqtisadi zonasının İdarə heyətinin sədri Valeh Ələsgərov öz növbəsində zonada yaradılan şərait barədə danışıb:
"Artıq Ələt azad iqtisadi zonasının fəaliyyətə başlaması ilə əlaqədar işlər aparılır, investorlarla görüşlər keçirilir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay