Nəqliyyat
16.06.2021 / 09:50
Bakı metrosunda tüstülənmə baş verdi
13979
Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Əhmədli" stansiyasının yaxınlığındakı şaxtada, kabel muftasında qısaqapanma baş verib.
Valyuta.az xəbər verir ki, bunu Manşet.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, elektrik mühafizəsi dərhal işə düşərək onu açıb və ehtiyat kabel qoşulub:
“Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində 2 dəqiqə fasilə olub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay