Bakı-Həştərxan marşrutu üzrə daha bir aviareys açılıb
Rusiyanın "S7 Airlines" aviaşirkəti iyunun 16-dan etibarən Həştərxandan Bakıya birbaşa aviareys üzrə uçuşlara start verəcək.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə aviaşirkətin rəsmi internet səhifəsində deyilir.
Qeyd olunur ki, uçuşlar həftədə bir dəfə – çərşənbə günləri həyata keçiriləcək. Biletlər artıq satışa çıxarılıb. İyunun 16-na hər iki istiqamətə biletin qiyməti 550 manat təşkil edir.
Xatırladaq ki, "S7 Airlines" şirkəti iyunun 2-dən etibarən Novosibirskdən Bakıya birbaşa uçuşlara başlayıb. Aviaşirkət iyunun 15-dən etibarən isə Samara-Bakı-Samara, iyunun 16-dan isə Volqoqrad-Bakı-Volqoqrad aviareysləri üzrə də uçuşlar yerinə yetirəcək.
hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.
Qeyd edək ki, iyunun 3-dən etibarən Azərbaycanın "Buta Airways" aşağıbüdcəli şirkəti Bakıdan Həştərxana uçuşlara başlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay