BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13062

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, bu gündən etibarən açıq havada tibbi maskalardan istifadəyə qoyulan məcburiyyət ləğv olunub.

Əhali açıq havada artıq maskasız gəzməyə başlayıb. Qeyd edək ki, sözügedən qərar ictimai nəqliyyatdan istifadəyə, eləcə də qapalı məkanlara şamil edilmir. Burada tibbi maskalardan istifadə etmək mütləqdir.

Bəs şəxsi avtomobillərdə tibbi maskadan istifadə etməmək olarmı?

Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı sorğunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev cavablandırıb.

N.Piriyev bildirib ki, açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maskadan istifadənin də ləğv edilməsi demək deyil:

“Sürücülərə və digər hərəkət iştirakçılarına bildirmək istəyirik ki, karantin rejimi qaydalarına uyğun olaraq ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq şəkildə istifadə etməlidirlər. Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə, avtomobildə sürücü tək olduqda və ya ailə üzvlərindən kənar sərnişin olmadıqda maskadan istifadə etməyə bilərlər. Lakin, avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq qaydada istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin